• 21 °C
|

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – CƏDVƏL

12 May 2026
img

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə "APA-Economics” “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

Məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.