• 21 °C
|

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib

13 May 2026
img

Moskvanın şərqində yerləşən İzmaylovskiy Kremlində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, İzmaylovskiy Kremlinin ərazisindəki inzibati binanın dam örtüyü yanıb.

Üçüncü dərəcəli yanğın siqnalı verilib.

1000 kvadrat ərazinin yandığı və ərazidə n bütün insanların təxliyyə olunduğu bildirilib.

Qeyd edək ki, İzmailovski Kremli, 1998-2007-ci illər arasında İzmailovo tarixi çar malikanəsinin yaxınlığında tikilmiş mədəni və əyləncə kompleksidir.

O, 16-cı və 17-ci əsrlərin rus memarlığı (neohistorizm) kimi stilizə edilmiş taxta konstruksiyalardan ibarətdir.