13 May 2026

Bu il 6 iyundan başlayaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından da bölgələrə səfər etmək mümkün olacaq.
Bu barədə "APA-Economics” “Azərbaycan Dəmir Yollarına” istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan tarixdən etibarən Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə bölgələrimizə səfər etmək mümkün olacaq.
Qeyd olunur ki, biletləri isə artıq ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə eetmək olar.