• 21 °C
|

Qərb ölkələrinin Rusiyaya məxsus dondurduğu aktivlərin həcmi açıqlanıb

14 May 2026
img

Qərb ölkələri Rusiyaya və bir sıra digər regionlara məxsus təxminən 590 milyard dollarlıq aktivləri dondurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Təhlükəsizlik Şurası katiblərinin iclasında deyib.

Onun sözlərinə görə, bu vəsaitlər Rusiya, Kuba, Venesuela, İraq, İran, Şimali Koreya, Liviya və Əfqanıstana məxsusdur.

RF Təhlükəsizlik Şurasının katibi Ukrayna müharibəsinin gedişi barədə də məlumat verib. Bildirilib ki, ilin əvvəlindən bəri Rusiya qüvvələri 1800 kvadrat kilometrdən çox ərazini və 80-dən çox yaşayış məntəqəsini nəzarətə götürüb.

O, Luqansk vilayətinin tam ələ keçirildiyini, Donetsk vilayətini ərazisinin təxminən 15%-nin hələ də Ukraynanın nəzarəti altında olduğunu söyləyib.