17 May 2026

Tailandın paytaxtı Banqkokda yük qatarının sərnişin avtobusu və avtomobillərlə toqquşması nəticəsində 32 nəfər yaralanıb.
"Thai PBS" telekanalının məlumatına görə, qəza zamanı 8 nəfər ölüb.
İlkin versiyaya əsasən, avtobus dəmiryol keçidində dayanarkən avtomatik şlaqbaum sistemini bloklayıb.
***
14:32
Tailandın paytaxtı Banqkokda qatar sərnişin avtobusu ilə toqquşub.
“Thairath” qəzetinin xəbərinə görə, qəza nəticəsində azı 8 nəfər ölüb.
Yaralıların sayının 20 nəfərdən çox olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.