• 20 °C
|

ICESCO-nun Baş direktoru Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

22 May 2026
img

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-MalikAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur.

ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır.

Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.