• 23 °C
|

Harri Kasparov beynəlxalq axtarışa verilib

23 May 2026
img

Rusiya tanınmış şahmatçı Harri Kasparovubeynəlxalq axtarışa verib.

TASS-ın məlumatına görə, bu barədə onunla bağlı cinayət işi üzrə istintaqın gedişində müstəntiqlər qərar veriblər.

Qeyd edək ki, Harri Kasparov barədində ötən ilin dekabr ayındaRusiyada terrorizmə haqq qazandırmaq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Kasparova qarşı ittiham irəli sürülüb.

O, Rusiya Cinayət Məcəlləsiüzrə informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır.