• 21 °C
|

İran-ABŞ danışıqlarında hələ 3 mübahisəli mövzunun qaldığı bildirilir

23 May 2026
img

İranla ABŞ arasında gedən danışıqlarda bu mərhələdə nüvə mövzusu danışıqlara daxil olmayacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yalnız qarşı tərəf etimadyaradıcı şərtləri yerinə yetirərsə, növbəti raundda nüvə məsələləri müzakirə edilə bilər.

İkinci əsas şərt dondurulmuş vəsaitlərin qaytarılmasıdır. Xəbərdə bildirilir ki, İranın danışıqlara daxil olması üçün əvvəlcə dondurulmuş aktivlər azad edilməlidir.

Üçüncü məsələ Hörmüz boğazı ilə bağlıdır. ABŞ boğazda vəziyyətin tam əvvəlki halına qayıtmasını istəsə də, İran yalnız gəmilərin sayının əvvəlki vəziyyətə qaytarılmasını öhdəsinə götürdüyünü bildirir.

Məlumata görə, bu, gəmilərin İranın müəyyən etdiyi marşrutdan keçməsi və yalnız Tehranın qəbul etdiyi sayda gəmiyə icazə verilməsi anlamına gəlir.

Agentliyin adını açıqlamadığı mənbə onu da vurğulayıb ki, ABŞ bir çox məsələdə İranın mövqelərini qəbul etsə də, bu üç əsas maneə hələ də qalır və İran bütün ssenarilərə hazırdır.