• 25 °C
|

Türkiyədə 4.9 bal gücündə zəlzələ olub

24 May 2026
img

Türkiyənin Adana vilayətində 4.9 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Gecə saat 04:26-da baş verən zəlzələ yerin 8.6 kilometr dərinliyində olub.

Zəlzələdən sonra heç bir hadisə qeydə alınmayıb.

“Adana vilayətinin Saimbeyli rayonunda saat 04:26-da baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss edilən 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi hal qeydə alınmayıb. Sahədə tədqiqat işləri davam edir”, – AFAD-ın açıqlamasında deyilir.