• 23 °C
|

Çin XİN başçısı: Rəsmi Pekin Yaxın Şərqdə gərginliyin azaldılması üçün çalışır

27 May 2026
img

Çin Yaxın Şərqdə münaqişənin deeskalasiyası istiqamətində fəal fəaliyyət göstərir və əsas tərəflərlə əlaqələri davam etdirir.

APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Çin Prezidenti Si Cinpin regionda sülhün qorunması və təşviqi üçün dörd maddədən ibarət təşəbbüs irəli sürüb.

Van İ vurğulayıb ki, Pekin əsas maraqlı tərəflər, eləcə də beynəlxalq və regional tərəfdaşlarla koordinasiyanı davam etdirir.

Onun sözlərinə görə, Çin region ölkələrinin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət edilməsini, mülki və enerji infrastrukturunun qorunmasını, həmçinin gəmiçilik təhlükəsizliyinin təmin olunmasını vacib hesab edir.