• 21 °C
|

HAMAS İzzəddin əl-Qəssam Briqadalarının liderinin ölümünü açıqlayıb

27 May 2026
img

HAMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Əvdə və ailəsi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı öldürülüb.

APA xəbər verir ki, bu barədə HAMAS-ın verdiyi yazılı açıqlamada bildirilir.

"Böyük qürur və şərəflə Fələstin xalqına, ərəb və İslam dünyasına və dünyanın bütün azadlıqsevər insanlarına əl-Qəssam Briqadalarının böyük komandiri, qəhrəman Məhəmməd Əvdənin şəhid olduğunu elan edirik", – açıqlamada deyilir.

Məlumata görə, Əvdə, həyat yoldaşı və iki uşağı dünən gecə İsrail ordusunun Qəzza şəhərində bir yaşayış məntəqəsini bombardman etməsi nəticəsində həlak olub.