01 İyn 2026

İranın Küveytdəki hava bazasına endirdiyi ballistik raket zərbəsi nəticəsində azı dörd ABŞ hərbçisi və üç Pentaqon podratçısı yüngül xəsarət alıb.
Bu barədə “CBS News” mənbələrə istinadən məlumat verib.
Kanalın məlumatına görə, yaralıların hamısı hücumdan 24 saat sonra öz xidməti yerlərinə qayıdıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 28 mayda Küveyt HHQ-nin Vaşinqtonun İran tərəfindən buraxıldığına inandığı ballistik raketi ələ keçirdiyini bildirmişdi.