• 23 °C
|

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

5 İyun 2026
img

Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan "APA-Economics”ə verilən məlumata görə, iyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.