• 23 °C
|

Dünya Bankı may ayı üzrə neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb

5 İyun 2026
img

Bu ilin may ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 107,5 ABŞ dolları səviyyəsində olub, bu da öncəki ayın göstəricisi (120,4 dollar) ilə müqayisədə 10,7% azdır.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin birinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 80,5 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (75,6 dollar) ilə müqayisədə 6,5% çoxdur.

Bank xatırladıb ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 69 dollar səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi (80,7 dollar) ilə müqayisədə 14,5% azdır.

Məlumata görə, cari ilin may ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 99,1 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (98,6 dollar) ilə müqayisədə 0,51% çoxdur.

Qeyd olunub ki, bu ilin birinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 72 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (71,4 dollar) ilə müqayisədə 0,84% çoxdur.

Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (75,8 dollar) ilə müqayisədə 14,4% azdır.