
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) “Respublika” Partiyasının “Güclü Ermənistan” partiyalar blokunun seçki siyahısının qeydiyyatının etibarsız sayılması ilə bağlı müraciətini rədd edib.
Xatırladaq ki, müvafiq tələblə MSK-ya məhz “Respublika” Partiyası müraciət etmişdi.
Bundan əvvəl Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokuna qarşı irəli sürülmüş daha bir vəsatəti də yekdilliklə rədd etmişdi. Həmin müraciət hüquq-mühafizə orqanlarına seçicilərin ələ alınması ilə əlaqəli olduğu iddia edilən cinayət işləri barədə məlumatların təqdim olunmasını nəzərdə tuturdu.