• 23 °C
|

Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb

7 İyun 2026
img

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

APA xəbər verir ki, Zaporojye Vilayət Prokurorluğunun məlumatına görə, Balabino qəsəbəsində idarə olunan aviasiya bombalarının (KAB) ictimai nəqliyyat dayanacağı yaxınlığına düşməsi nəticəsində ilkin olaraq 2 nəfərin öldüyü, azı 4 nəfərin yaralandığı bildirilirdi.

Daha sonra Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov ölənlərin sayının 3-ə çatdığını açıqlayıb.

Məlumata görə, zərbələr dayanacaq yaxınlığına endirilib və həmin vaxt orada olan şəxslər arasında ölən və yaralananlar olub. Hücum nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinə də ziyan dəyib.

Bundan əlavə, Zaporojye şəhərinə FPV tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə yanacaqdoldurma məntəqəsində yanğın baş verib, avadanlıqlar zədələnib. Hadisə zamanı 59 yaşlı kişi xəsarət alıb.