• 24 °C
|

İsrail İranda neft-kimya şirkətinə zərbə endirib – YENİLƏNİB

8 İyun 2026
img

İsrail İranda neft-kimya şirkətinə zərbə endirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında bir neçə dəqiqə əvvəl Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qaldığını, nəticədə müəssisənin bir hissəsinin zədələndiyini bildirib.

O əlavə edib ki, dəymiş ziyanın miqdarı və mümkün itkilərlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq.

***
08:08

İsrail Müdafiə Qüvvələri İranda hərbi hədəflərə zərbələr endirib.

Bu barədə ​​​​​​İsrailin “The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata əsasən, bu əməliyyat İsrailə raketlərin atılmasından sonra həyata keçirilib.

Həmçinin qeyd olunur ki, yeni raket hücumları təhlükəsi səbəbindən bəzi xəstəxanalar yeraltı bölmələrə köçürülür, məktəblər isə bağlanır.