• 25 °C
|

Moskva vilayətində avtomobil partlayıb, general-leytenant ölüb – VİDEO – YENİLƏNİB

9 İyun 2026
img

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

ÇVK-OGPU və Rucriminal.info saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

Bomba BMW markalı avtomobilinə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayıb.

***

10:32

Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.

Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ünmühərrikiniişə salanda avtomobil partlayıb.

Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.