• 26 °C
|

Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır

10 İyun 2026
img

"Moskva xarici siyasətində Avropa diktatına qətiyyətlə müqavimət göstərən Tbilisi ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və ləyaqətinin geri qaytarılmasının xeyrinə qəti seçim edib.

Zaxarova Rusiyanın Gürcüstanın xaricdən olan göstərişlərə son qoymaq cəhdlərini anlayışla qəbul etdiyini bildirib.

"Moskva qarşılıqlı fayda gətirən və qarşılıqlı hörmət əsasında qurulan əməkdaşlığın genişləndirilməsinə açıqdır", – XİN rəsmisi əlavə edib.