
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
19.01
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.