• 25 °C
|

Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq

13 İyun 2026
img

Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri 14 iyunda açıqlanacaq.

Bu barədə “News Armenia” Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Məlumata görə, MSK-nın bununla bağlı iclası yerli vaxtla saat 18:00-da başlayacaq.

Qurumun açıqlamasına əsasən, iclasda seçki nəticələrinin rəsmi təsdiqlənməsi və yekun hesabatın elan olunması nəzərdə tutulur.