• 27 °C
|

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

14 İyun 2026
img

Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan edib.

Nəticələrə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub.

"Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb.

"Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.

Bununla yanaşı, "Çiçəklənən Ermənistan" Partiyası 3,89 faiz səs əldə edib. Partiya parlamentə düşmək üçün tələb olunan seçki baryerini aşa bilmədiyindən qanunverici orqanda təmsil olunmayacaq.