• 27 °C
|

İndoneziya 6,7 bal gücündə zəlzələ baş verib

16 İyun 2026
img

İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sulavesi adasında yerləşən, əhalisi təxminən 282 min nəfər olan Palu şəhərindən 46 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.