• 28 °C
|

İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb

17 İyun 2026
img

İsrail Qəzza zolağının mərkəzi hissəsində HAMAS-ın hərbi qanadına məxsus snayper bölməsinin komandirinin və daha bir silahlının zərərsizləşdirildiyini bildirib.

APA xəbər verir ki, İsrail Ordusunun yaydığı məlumata görə, öldürülən şəxslər 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən hücumda iştirak ediblər.

İsrail hərbçiləri əməliyyatın dəqiq zərbə nəticəsində həyata keçirildiyini qeyd ediblər.