• 27 °C
|

“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib

19 İyun 2026
img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələri təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Beləliklə, “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Cəmiyyət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və
öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Cəmiyyətin nizamnamə kapitalı 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 1.200.213.526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. MüşahidəŞurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilərazılaşdırmaqla Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.