• 23 °C
|

IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır

21 İyun 2026
img

İran nümayəndə heyəti ABŞ-İran memorandumu ilə bağlı İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların dayandırılmasından sonra Qətər nümayəndələri ilə ikitərəfli məsləhətləşmələrə başlayıb.

Bu barədə İranın IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Bundan əvvəl "Fars" agentliyi yazmışdı ki, dördtərəfli formatda keçirilən danışıqlar başladıqdan 80 dəqiqə sonra nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparması zərurəti səbəbindən müvəqqəti dayandırılıb.