23 İyn 2026

İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar.
APA xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
Məlumata görə, İsveçrədə Tehran və Vaşinqton arasında keçirilən danışıqlarda vasitəçilik edən Şahbaz Şərif İran rəhbərliyinin regionda sülhün təmin olunmasına sadiq qaldığını vurğulayıb.
Şahbaz Şərif, həmçinin ABŞ Prezidenti Donald Trampın da qlobal sülhün tərəfdarı olduğunu ifadə edib.