|

İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub

25 İyun 2026
img

İsrail Prezidenti İsxak Hersoqu daşıyan hərbi helikopter uçuş zamanı quş sürüsü ilə toqquşub.

İsrailin 9-cu kanalı xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, insidentdən sonra helikopter ölkənin mərkəzində yerləşən hərbi bazaya təhlükəsiz eniş edib.

"Hadisə nəticəsində xəsarət alan olmayıb, helikopterə ciddi ziyan dəyməyib", – məlumatda qeyd olunub.