|

İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb – YENİLƏNİB

26 İyun 2026
img

İsrail və Livan nümayəndələri ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə niyyətlərə dair çərçivə sazişi imzalayıblar.

APA xəbər verir ki, sənəd münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönəlib.

Bəyannamə münaqişənin mərhələli şəkildə deeskalasiyasını nəzərdə tutur. Sənədə əsasən, İsrail qoşunları mərhələli şəkildə geri çəkiləcək, təhlükəsizliyə nəzarət isə Livan ordusuna təhvil veriləcək.

Rubio sənədin imzalanmasını böyük nailiyyət adlandırsa da, qarşıda hələ görüləcək çox iş olduğunu vurğulayıb.

***

20:58

İsrail və Livanın cümə günü Vaşinqtonda çərçivə sazişi imzalayacağı gözlənilir.

Bu barədə “Reuters” İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat verib.