• 25 °C
|

İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib

29 İyun 2026
img

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın silahlı qrupları tərəfindən istifadə edilən böyük bir yeraltı anbarı məhv edib.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri İsrael Katzın birgə bəyanatında bildirilir.

Bəyanatda qurğunun Livanın cənubundakı Məcdəl Zun kəndi yaxınlığında yerləşdiyi bildirilir.

"Uzunluğu 200 metrdən çox və 25 metrdən çox dərinlikdə olan tuneldə İsrail Dövlətinin ərazisinə və vətəndaşlarına hücum etmək üçün nəzərdə tutulmuş yüzlərlə silah və bir neçə buraxılış qurğusu var idi", – deyə bəyanatda bildirilir.