• 25 °C
|

Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib

29 İyun 2026
img

28 iyun tarixində Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən şimal-qərbi Xayber Paxtunxva əyalətində quru əməliyyatı keçirərək 29 yaraqlını öldürüb.

APA xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar məlumat verib.

"Təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca yaxşı planlaşdırılmış, kəşfiyyata əsaslanan quru əməliyyatı keçirdi. Ardınca sərhəd bölgəsində Camaat-ül-Əhrar və Fitna əl-Xəvaric silahlılarının sığınacaqlarına və düşərgələrinə qarşı dəqiq zərbələr endirdi və 29 üsyançını öldürdü", – nazir “X” hesabında yazıb.