• 26 °C
|

Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlanıb

30 İyun 2026
img

Azərbaycan “Uşaq Avroviziyası 2027” mahnı müsabiqəsində iştirak etməyəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın (İTV) Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib.

Onun sözlərinə görə, qərar İctimai Televiziyanın cari proqram və layihə prioritetləri, eləcə də müsabiqəyə hazırlıq prosesi ilə bağlı təşkilati məsələlər nəzərə alınaraq qəbul edilib.

Turab Teymurov bununla belə, qeyd edib ki, İctimai Televiziya "Uşaq Avroviziya" layihəsinə marağını qoruyur və Azərbaycanın gələcək illərdə müsabiqədə iştirak imkanını istisna etmir.