• 27 °C
|

Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb – YENİLƏNİB-2

2 İyul 2026
img

Dəməşqdə baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, 22 nəfər yaralanıb.

APA Qətərin “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, bu barədə SuriyanınSəhiyyə Nazirliyiməlumat yayıb.

***

17:30

Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafeyə yerləşdirilən bombanın partlaması nəticəsində ölənlərin sayı artıb.

"Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb.

***

17:03

Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə baş verən partlayışda 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində daha 10 nəfərin isə xəsarət aldığı bildirilir.

***

16:42

Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə partlayış baş verib.

Bu barədə Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.

Ölü və yaralı sayı barədə məlumat verilməyib.