09 İyl 2026

ABŞ və İsrailin hücumları nəticəsində ölən İranın Ali Rəhbəri Əli Xameneinin cənazəsi İraqın Nəcəf şəhərində keçirilən dəfn mərasimindən sonra gecə saatlarında helikopterlə Kərbəlaya aparılıb.
APA xəbər verir ki, cənazə Həzrət Abbas türbəsinə doğru izdihamın müşayiəti ilə aparılıb.
Mərasimdə yüz minlərlə insan iştirak edib, tabuta yaxınlaşmaq istəyənlərin çoxluğu səbəbilə sıxlıq yaşanıb.
Kərbəla valiliyi mərasimə milyonlarla zəvvarın qatılacağını nəzərə alaraq cümə axşamını rəsmi istirahət günü elan edib.