• 27 °C
|

İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarına zərbələr endirib

9 İyul 2026
img

“ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarının mühüm infrastrukturu və obyektlərinə zərbə endirildi”.

APA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Məlumata görə ABŞ-ın İrana hücumundan bir saat sonra Küveytdəki Arifcan və Əli əs-Salim, eləcə də Bəhreyndə Cüfeyr və Şeyx İsada yerləşən ABŞ bazalarının infrastrukturu və mühüm obyektləri raket atəşinə tutulub.

Bəyanatda İranın ABŞ ordusunun qanunsuzluqlarını cavabsız qoymayacağı, hücumlar təkrarlanacağı təqdirdə bölgədəki digər ABŞ bazalarının da vurulacağı bildirilir.