09 İyl 2026

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan vəzifəsini tərk edəcək.
Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinq zamanı bildirib.
Paşinyan mətbuatda yayılan məlumatları təsdiqləyərək qeyd edib ki, Ayrapetyan yeni hökumətin tərkibində yer almayacaq.
"Müzakirələr zamanı Mxitar Ayrapetyan özü işini davam etdirmək istəmədiyini bildirdi. Buna görə də o, yeni hökumətdə olmayacaq", – Paşinyan vurğulayıb.