• 27 °C
|

Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq

9 İyul 2026
img

Sabah təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "APA-Economics” “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 10.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.