• 30 °C
|

IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb

12 İyul 2026
img

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

APA-nın Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək.