
Rusiya ötən gecə 130-dan çox zərbə dronu və 8 raketlə Ukraynanın Odessa, Sumı, Zaporojye, Xarkov, Çerniqov və digər vilayətlərinə hücum edib, nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Odessa şəhərində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 2 nəfər ölüb, daha beş nəfər, o cümlədən üç uşaq xəsarət alıb.
Sumı, Zaporojye, Xarkov və Dneprpetrovsk vilayətlərinə endirilən zərbələr nəticəsində isə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.