• 29 °C
|

APA-nın əməkdaşı Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib

20 İyul 2026
img

Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafatla təltif edib.

Təltif olunanlar arasında APA-nın şimal bölgəsi üzrə müxbiri Xanım Məmmədova (Xanım Xatun) da var.

Xanım Məmmədova regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə təltif olunub.

AJB-dən bildirilib ki, laureatlar peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.

Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimi 22 iyul – Milli Mətbuat Günü keçiriləcək.