21 İyl 2026

Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın yeni raket və pilotsuz uçuş aparatları hücumunun qarşısını almağa çalışdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı “X” səhifəsində məlumat yayıb.
Bildirilir ki, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmənin hücumlarını dəf etməsi ilə əlaqədardır.
"Hər kəsdən səlahiyyətli dövlət qurumlarının verdiyi təhlükəsizlik göstərişlərinə ciddi əməl etməsi xahiş olunur", – bəyanatda bildirilir.