• 29 °C
|

Əfqanıstanda şiddətli yağışlar nəticəsində 20 nəfər ölüb

21 İyul 2026
img

Əfqanıstanın Nuristan bölgəsində şiddətli yağışlar və daşqınlar nəticəsində 20 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin açıqlamasında deyilir.

Məlumata görə, şiddətli yağışlar nəticəsində Nuristanın Parun şəhərində daşqınlar baş verib.

Daşqınlar nəticəsində 20 nəfərin öldüyü, 80-dən çox insanın yaralandığı və 100-dən çox insan itkin düşdüyü bildirilir.