• 29 °C
|

SEPAH: Hörmüz boğazı yaxınlığında iki neft tankeri partlayıb

21 İyul 2026
img

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, iki neft tankeri təhlükəli marşrutla Hörmüz boğazından keçməyə çalışarkən partlayıb.

APA xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər hazırda bu gəmilərin heyətlərini ərazidən təxliyə edirlər.

Hadisə ilə bağlı geniş məlumat verilmir.