• 28 °C
|

Goranboyda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib, APA-nın müxbiri təltif edilib

21 İyul 2026
img

Goranboyda 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan bəhs edib.

İcra başçısı çıxışında media nümayəndələrinin Goranboy rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərin, həyata keçirilən abadlıq-quruculuq işlərinin, dövlət proqramlarından irəli gələn tədbirlərin və digər mühüm layihələrin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən media nümayəndələri onlara göstərilən diqqətə, eləcə də rayon İH ilə formalaşmış səmərəli əməkdaşlıq mühitinə görə minnətdarlıqlarını ifadə ediblər.

22 iyul – Milli Mətbuat Günü münasibətilə və Goranboy rayonunun ictimai-siyasi həyatının işıqlandırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup KİV nümayəndəsinə Goranboy İH başçısının fəxri fərmanları təqdim olunub.Fəxri fərman alanların sırasında APA İnformasiya Agentliyinın qərb bölgəsi üzrə müxbiri Fuad Nazimoğlu da var.