• 28 °C
|

ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırıb

24 İyul 2026
img

ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat verib.

"Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı ardıcıl 13-cü gecə endirdiyi zərbələri başa çatdırıb", – məlumatda bildirilir.

Məlumata görə ABŞ-ın hücumlarının hədəfləri komanda məntəqələri, pilotsuz təyyarələrin saxlanma yerləri, sahil müşahidə yerləri və dəniz qüvvələrinin mərkəzləri olub.

***

03:28

ABŞ ordusu yenidən İran ərazisinə zərbələr endirməyə başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ qüvvələri bu gün Şərq vaxtı ilə saat 18:45-də İranın hərbi hədəflərinə yenidən zərbələr endirməyə başlayıb. Bu, ardıcıl 13-cü gecə zərbələridir", – CENTCOM-un açıqlamasında bildirilir.