• 24 °C
|

Göyçayda partlayış – Xəsarət alan var

17 Yanvar 2025
img

Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.

Oxu.Az xəbər verir ki, Göyçay şəhər sakini 1991-ci il təvəllüd Sevinc Cəfərova hamamda su ilə dolu çənin qızması və partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Xəstə dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.