
Livanın şimal sahillərində gəmi batdıqdan sonra xilas edilən bir qrup qanunsuz miqrant çərşənbə günü "Əl-Əridə" sərhəd-keçid məntəqəsində Suriya hakimiyyət orqanlarına təhvil verilib.
"Asharq al-Awsat" xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Onun məlumatına görə, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələrinin üzvləri 21 Suriya vətəndaşını sudan xilas ediblər. Onların qeyri-qanuni yolla Kiprə çatmağa çalışdıqları qayıq ölkənin şimalındakı Tripoli limanı yaxınlığında yanaraq batıb.
Gəmidə olan insanların dəqiq sayı hələlik müəyyən edilməyib. Livan sahillərində axtarış-xilasetmə əməliyyatı davam edir.
Üç suriyalı ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.