• 25 °C
|

Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb – FOTO

10 Sentyabr 2026
img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülüb.

Kəndə köç edən sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Sakinlər, həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərin xatirəsini yad ediblər.