• 25 °C
|

CBS: İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib

10 Sentyabr 2026
img

İranın sentyabrın 9-na keçən gecə İordaniyadakı Muvaffaq-Salti aviabazasına endirdiyi zərbələr nəticəsində ABŞ-yə məxsus bir neçə hərbi təyyarə zədələnib.

Bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bazadakı A-10 “Thunderbolt” hücum təyyarələrindən biri ciddi zədələnərək qanadını itirib.

Bundan başqa, səkkiz F-15 qırıcısının yüngül zədələr aldığı bildirilir. Təyyarələr sonradan yenidən istismara qaytarılıb.

CBS-in məlumatına görə, İordaniyadakı ABŞ qüvvələri İranın hücumundan müdafiə məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin 30-dan çox raketindən istifadə edib.

Hücumlar nəticəsində İordaniyada yerləşən ABŞ hərbçiləri arasında ölənlərin olmadığı bildirilir.