• 22 °C
|

Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib

12 Sentyabr 2026
img

ABŞ Rusiyanı gələn həftə Texas ştatının Hyuston şəhərində keçiriləcək G20 ölkələrinin energetika nazirlərinin toplantısında iştiraka dəvət edib.

Bu barədə Ağ Evin nümayəndəsi Reuters-ə məlumat verib.

“Rusiya rəsmisi gələn həftə Hyustonda keçiriləcək toplantıda iştirak edəcək”, – Ağ Ev nümayəndəsi bildirib.

G20 energetika nazirlərinin toplantısı sentyabrın 14-dən 16-dək keçiriləcək.

Rusiya maliyyə naziri Anton Siluanov avqustun 31-dən sentyabrın 1-dək Eşvill şəhərində keçirilmiş G20 toplantısında iştirak edib. Rusiya nümayəndə heyəti həmçinin sentyabrın 1-2-də Roli-Darem şəhərində keçirilmiş G20-nin innovasiyalar üzrə toplantısına qatılıb.